"Uzun müddətdən sonra öz oyunumu tapdım" - "Neftçi"yə 2 qol vuran futbolçu

"Çox xoşbəxtəm, uzun müddətdən sonra öz oyunumu tapdım".

Sport7.az xəbər verir ki, bunu "Qalatasaray"ının futbolçusu Mbaye Diaqne UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin "Neftçi" ilə oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.

Seneqallı hücumçu dubl etdiyi qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: "Əzmkar işin qarşılığını gec-tez alırsan. Artıq qarşıdakı matçı düşünəcəyik. İnanıram ki, qələbə qazanacağıq".

Mbaye Diaqne "Neftçi"ni 3:1 hesabı ilə yendikləri matçın 19-cu və 63-cü dəqiqələrində fərqlənib. "Ağ-qaralar"ı Avropa Liqasından kənarlaşdıran "Qalatasaray" 3-cü mərhələdə Xorvatiya klubu "Hayduk"la (Split) qarşılaşacaq.
 
Görüş sentyabrın 24-də olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR