Vadar Nuriyev: "Futbolçulara güclü olduğumuzu inandıra bilmirdik"

Vadar Nuriyev:
"Neftçi"nin əsas komandası son vaxtlar yaxşı təsir bağışlasa da eyni sözləri əvəzedicilərə şamil etmək olmaz.

Çünki hazırda 27 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan Vadar Nuriyevin komandası heç də yaxşı günlər keçirmir. Belə desək komanda "qara zolağ"a düşüb və ordan çıxmaq üçün çapalayır. Bəs komanda niyə bu vəziyyətdədi. Səbəblər nədi? 

Suallarımıza cavab tapmaq üçün Vadar bəylə danışdıq. O Sport7.az-a açıqlamasında əvəzedicilərin durumuna belə izah verdi:

"Düzdü, zəif nəticələr göstəririk. Amma oyun var. Desəm ki, oyun yoxdu, komandada "bardak"dı, xətlərarası əlaqələr qaydasında deyil, yalan olar. Sadəcə, nəticə verə bilmirik. "Qara zolağ"a düşmüşük. Psixoloji durumu düzəldə, futbolçulara güclü olduğumuzu inandıra bilmirdik. Psixoloji durum pis olduğuna görə o inamı futbolçulara verə bilmirdik. Son iki oyunda isə doğurdan da güclü olduğumuzu göstərdik.

Məni narahat edən məqam odu ki, nəticə verə bilmirik. Futbol isə nəticəyə bağlıdı. Yaxşı oynayıb uduzsan, sənə deyən olmayacaq ki, "yaxşı oynadın, sağ ol". "Neftçi" olduğumuza görə nəticə verməliyik. Hansı dəyişiklikləri nəzərdə tutmağıma gəlincə, komanadada qalıb-qalmayacağımı dəqiq bilmirəm. Bizə tapşırıq verilib ki, perspektivli futbolçular toplayaq. Komanadada qalası olsam, ancaq gənclərə üstünlük verəcəm. Yüksək dəstəyə uyğun olanlara. Əvəzedicilərdə oynayanların 50 faizi yüksək dəstəyə uyğun olmalıdı. Əvəzedici nə deməkdi? Yəni əsas komandanın biraddımlığındasan. Əsas məqsədimiz də oyunçu verməkdi. 

Tərlan müəllimlə birlikdə işləmişik. O nə iş görürsə, mən də eynisini edirəm. Özü gəlib baxmasa da, köməkçilərini göndərir. Hər oyundan sonra onunla danışıram, məlumat verirəm. Mən bura gələndən futbolçu götürməmişəm. Amma 3 nəfər var ki, əsas komanda ilə məşq ediblər, oyun zamanı da ehtiyatda olublar. Məncə Tərlan müəllim bilir ki, burda oynada biləcək futbolçusu var.

Yəqin ki, mayın 11-dən sonra dəqiq bilinəcək ki, nə var nə yox. Rəhbərliklə də heç nə danışmamışam. Mənə hansısa məlumatlar verməyiblər. 

Məşqdən indi çıxmışıq. Qarşıdakı oyuna hazırlıq yaxşı gedir. Ümumiyyətlə, hər oyuna yaxşı hazırlaşırıq. Sabah saat 4-də "Səbail"lə görüşəcəyik".

Sport7.az

Xəbər lenti