Vahid Nəzərov niyə susur?

Vahid Nəzərov niyə susur?

Sentyabrın 18-27 tarixlərində Tailandın Pattaya şəhərində ağır atletika üzrə kişilər arasında 85-ci, qadınlar arasında isə 28-ci dünya çempionatı keçirilib. 

Sport7.az xəbər verir ki, çempionata Azərbaycanı milli komandamızla yanaşı ağır atletika hakimi Vahid Nəzərov da təmsil edib. 

Ölkə mətbuatında Nəzərovun səfəri ilə bağlı maraqlı xəbər yer alıb. Moderator.az saytı onun Tailandda olduğu müddət ərzində ağır atletika üzrə Ermənistan milli komandasının baş məşqçisi Paşik Alaverdiyanla çox səmimi şəkildə söhbət etdiyi anın görüntülərini yayımlayıb. 
 


Məsələni araşdırmaq Sport7.az redaksiyasından Nəzərovun əldə edə bildiyimiz əlaqə nömrəsinə dəfələrlə zəng vursaq da, telefonu üzümüzə bağladı. İstədiyi vaxt mövqeyini işıqlandırmağa hazırıq.
 


Qeyd edək ki, SSRİ idman ustası Vahid Nəzərov 17 il ərzində (1992-2009) ağır atletika üzrə Azərbaycan milli komandasında baş məşqçi olaraq çalışıb. 2011-ci ildə ilin ən yaxşı hakimi adına layiq görülüb.

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR