"Valensiya"da yeni müqavilə

"Valensiya" müdafiəçisi Qabriel Paulista ilə yeni müqavilə bağlayıb.

Sport7.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

2017-ci ildə "Arsenal"dan "Valensiya"ya keçən Paulistanın əvvəlki müqaviləsi 2022-ci ilin yayına qədər idi. Müdafiəçi bu mövsüm La Liqada 13 oyuna çıxıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR