“Valensiya”nın yeni baş məşqçisi kim olacaq?

“Valensiya”nın yeni baş məşqçisi kim olacaq?

"Barselona”nın sabiq çalışdırıcısı Ernesto Valverde bu yaxınlarda yeni işə başlaya bilər.

Sport7.az xəbər verir ki, 56 yaşlı mütəxəssis və onun köməkçisi "Valensiya” ilə danışıqlar aparır.

Artıq bu mütəxəssislər Valensiya şəhərində ev axtarışına da başlayıblar.  

Son 4 oyunun üçündə məğlub olan "yarasalar” La Liqada 8-ci pilləyə qədər eniblər. Hazırkı məşqçi Albert Selades yaxın günlərdə işini itirə bilər.
Valverdenin menecerləri "Valensiya”da baş verənləri diqqətlə izləyir, klub rəhbərliyi ilə mütəmadi əlaqə saxlayırlar.

Qeyd edək ki, Valverde artıq bir dəfə, 2012-ci ilin dekabrından 2013-cü ilin iyununa kimi "Valensiya”nı çalışdırıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR