"Valensiya"nın yeni baş məşqçisi müəyyənləşdi

"Real" və "Barselona"nın sabiq oyunçusu Albert Selades "Valensiya"nı çalışdıracaq.

Tərəflər arasında imzalanan müqavilə 2021-ci ilin yayına kimi nəzərdə tutulub. Selades 2014-2018-ci illər aralığında İspaniyanın U-21 yığmasında, 2018-ci ildə isə İspaniyanın əsas millisində, həmçinin "Real"da köməkçi-məşqçi kimi çalışıb.

Daha əvvəl "Valensiya" Marselino Qarsiya Toralı istefaya göndərmişdi. Buna 54 yaşlı məşqçi və klubun sahibi Piter Lim arasındakı fikir ayrılığını səbəb olduğu bildirilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR