Valverde:

Valverde: "Atletiko" ilə oyunda hər şey xoşuma gəldi, pis şeylərdən danışmağa dəyməz"

"Barselona"nın baş məşqçisi Ernesto Valverde "Atletiko" ilə oyunun (1:0) yekunlarını dəyərləndirib:

"Hər şey xoşuma gəldi. Oyunları komandanın nöqteyi-nəzərindən qiymətləndirmək lazımdı. Başlanğıcda bəzi problemlərimiz oldu, amma yekunda 3 xal qazana bildik. Ona görə də pis şeylərdən danışmağa dəyməz.

Belə gərgin keçən və güclü rəqibə qarşı oynanılan görüşlərdə heyətində Messi kimi birinin olması böyük üstünlükdü. 

Ter Şteqenin oyunu? Meydanda möcüzələrə qadir olan və tez-tez möhtəşəm seyvlərlə yadda qalan iki qapıçı var idi.

Pike? Düşünürəm ki, hər şey qaydasındadı. O, oyuna davam edə bilərdi, sadəcə, biz riskə getmək istəmədik".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR