Valverde:

Valverde: "Biz də insanıq, bizim də səhvlərimiz olur"

"Barselona"nın baş məşqçisi Ernesto Valverde "Mançester Yunayted"lə cavab oyunundan (3:0) sonra fikirlərini bölüşüb:

"İlk dəqiqələrdə diqqətli olmalıyıq. Yaxşı ki, bu səfər qısa zaman ərzində özümüzə gəlib, situasiyadan çıxa bildik.

Həmişə Messinin özünü sübut edəcəyini bilirik. Təkcə qol vurmaqdan bəhs etmirəm, bura komandanın oyununa dəstək vermək də aiddi.

Hər yerdə qələbə qazanmalıyıq, daim yaxşı oynamalı və qollar vurmalıyıq... - "Barselona"da tələblər həmişə yüksək olur. Bizi tənqid edənlər var, ancaq biz də insanıq, bizim də səhvlərimiz olur.

"Liverpul", yoxsa "Portu"? Bura Çempionlar Liqasıdı, nəyəsə zəmanət vermək olmur. "Liverpul" ilk görüşdə yaxşı nəticə əldə edib, ancaq bilmək olmaz, gözləyək".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR