Van Persinin yeni klubunun adına aydınlıq gəldi

Van Persinin yeni klubunun adına aydınlıq gəldi
"Fənərbaxça" ilə yolları ayıran Robin van Persi "Feyenord"la prinsipial razılığa gəlib.
 
Sport7.az xəbər verir ki, hollandiyalı ulduz sabiq klubu ilə müqaviləyə imza atmağa hazırlaşır. Hollandiya mətbuatında yer alan xəbərlərə görə 34 yaşlı hücumçu 1,5 illik icarə və üstəlik 1 il də daxil olmaqla 2,5 illik müqavilə bağlayacaq. 
 
Komandanın baş məşqçisi Covanni van Bronkhorst İspaniyada komandanın təlim-məşq toplanışı zamanı açıqlama verib. Bronkhorst "Persi komandamız üçün lazımlı futbolçudu. Ehtiyacımız olan tipdi. Kyutla müqayisə etmək yanlış olar" sözlərini söyləyib.
 
Sport7.az

Xəbər lenti