Van Qal əsəbləşdi

Van Qal əsəbləşdi

"Mançester Yunayted”in baş məşqçisi Lui Van Qal Britaniya mətbuatında çalışan jurnalistlərə qəzəbini gizlətməyib. Sport7.az xəbər verir ki, o, mətbuatda istefası ilə bağlı yayılan xəbərlərdən bezdiyini bildirib.

Holllandiyalı məşqçi "Sauthempton" məğlubiyyətindən sonra istefa verəcəyi ilə bağlı məlumatları yalanlayıb. O, klub rəhbərliyi tərəfindən dəstəkləndiyini söyləyib.

Xatırladaq ki, "Mançester Yunayted” hazırda 37 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. ”Qırmızı şeytanlar”ı lider "Lester”dən 10 xal  ayırır.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR