Vaqif Cavadovun komandası böyükhesablı qələbə qazandı

Vaqif Cavadovun komandası böyükhesablı qələbə qazandı

Türkiyə PTT I liqasında XI turun görüşlərinə start verilib. Sport7.az saytının məlumatına görə, turun ilk oyun günündə millimizin futbolçuları - Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB" "Samsunspor”un qonağı olub.
 
Görüş təmsilçilərimizin komandasının böyükhesablı qələbəsi ilə başa çatıb – 4:1. Lakin qarşılaşmada Budak 89 dəqiqə forma geyindi halda, digər futbolçularımız meydana çıxmayıblar. Cavadov "18-lik”də yer alaraq, matçı ehtiyat oyunçular skamyasından izləyib, Hacıyevin adı isə heç sifariş ərizəsinə də salınmayıb.
 
Qeyd edək ki, qələbə sayəsində xalını 11-ə çatdıran "Qaziantep BB" müvəqqəti də olsa, 12-ci yerə yüksəlib.


Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR