Vaqif Sadıqov: "Elə bir tələb real deyil"

Vaqif Sadıqov:
AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov yığmanın baş məşqçisi məsələsinə toxunub.

Azərbaycanın təcrübəli mütəxəssislərindən olan Sadıqov Sport7.az-a açıqlamasında bunları söyləyib: "Hal-hazırda mən də sizin kimi məlumatsızam. Məşqçilərlə danışıqlar gedir. Bir neçə namizəd var, kim təyin olunsa, Məşqçilər Komitəsi olaraq öz fikrimizi bildirəcəyik. Yeni məşqçinin komandanı Xorvatiya ilə oyuna hazırlayıb-hazırlamayacağına dair sualları kim təyin olunsa, ona verərsiz. Komandalarda hazırlıq hələ indi başlayır. Atalyaya yollanırlar. Namizədlər bəlli olmalıdı. Baş məşqçi təyin edilməlidi ki, futbolçularla tanış olmaq üçün imkan qazansın. Yanvar ayı istər-istəməz tanışlıq xarakteri daşıyacaq. Daha sonra baş məşqçi planlı şəkildə işinə davam edəcək". 

Deyilənə görə namizədlərin qarşısına komandanı AVRO-2020-nin final mərhələsinə çıxarmaq məqsədi qoyulur. Bu üzdən heç kim risk edərək tələblərə isti yanaşmır. Bəs həqiqətənmi belədi? Bu tələblər nə dərəcədə realdı?: "Bunu mən sizdən eşidirəm. Hesab edirəm ki, hər birimiz iddialı olmalıyıq. Hamımız istəməliyik ki, yığmamız nəinki Avro-2020-nin, bütün final mərhələlərində iştirak etsin. Bir qədər səbirli olmaq, gözləmək lazımdı. Yeni təyinat olandan sonra bütün sualları o məşqçiyə yönəldə və dolğun cavab ala bilərsiz. Elə bir tələb real deyil. Məşqçi və onun şərtləri, hədəfləri bəlli olandan sonra mən sizə nəsə cavab verə bilərəm. Sizə həmişə olanı demişəm. Hazırda namizədlər var və onların qarşınına hansısa tələblər qoyulandan sonra fikir bildirmək mümkündü".

AFFA-nın rəsmi saytı U-21 yığmasına Milan Obradoviçin əsas namizəd olduğunu və böyük ehtimalla onunla anlaşacaqlarını yazmışdı. Amma sonradan Obradoviçin yığmadan imtina etməsi ilə bağlı məlumatlar ortaya çıxdı. Həqiqətən belədi, yoxsa hələ danışıqlar davam edir?: "Mən bunu eşitməmişəm. Məndə olan məlumata görə Obradoviç gəlməlidi və detallar müzakirə olunmalıdı. Dünənə qədər belə idi. Bu gün nəsə dəyişiklik olubsa da məlumatım yoxdu".

Sport7.az

Xəbər lenti