Vaqif Sadıqov:

Vaqif Sadıqov: "Kəpəz"də bütün məsələlər həll olunub, maaş problemi qalmayıb"

Bir müddət öncə "Kəpəz"ə idarə heyətinin üzvü təyin olunan Vaqif Sadıqov fikirlərini bildirib.

Sadıqov Sport7.az-a açıqlamasında çətinliklərlə "boğuşan" klubunun durumu ilə bağlı danışıb, onların artıq heç bir problemi qalmadığını deyib: "Kəpəz" ayın 8-dən etibarən çempionat oyununa bşlayacaq. Hazırda AFFA-da gündəlik o qədər işimiz var ki, buna baxmayaraq, "Kəpəz"i də nəzərdə saxlayırıq. İnşallah, bu yaxınlarda onların oyunlarının canlı şahidi olacam. "Kəpəz"in idarə heyətinin müvəqqəti də olsa, üzvüyəm. Bu klubun hər bir problemi, mənim problemimdi. Onları həll etmək üçün çalışıram. O vaxt bildirdilər ki, "Kəpəz"in 3 aylıq yığılıb qalmış problemlərini həll etmək üçün idarə heyəti tam olmalıdı. Bu üzdən mən də üzvlərdən biri olmağa razılıq verdim. Komanda maaş da aldı, çempionata yaxşı əhval-ruhiyyə ilə hazırlaşdılar və belə də davam edirlər. Bunun hamısını sırf "Kəpəz"ə görə etmişəm ki, problemləri həll olunsun. Başqa məqsəd güdməmişəm".
 
 
Vaqif bəy, "Kəpəz"in oyununa da gedəcəyini bildirib: "Hazırda AFFA-dan gəlirəm, gündəlik işlərlə məşğuluq. U-19, U-21, U-18-in hesabatı gözlənlir. Mən çempionatın sonuna qədər "Kəpəz"in idarə heyətinin üzvü olacam. İndi klubda bütün məsələlər həll olunub, maaş problemi qalmayıb. Çalışırıq ki, klubun bütün problemlərini yoluna qoyaq. İstər-istəməz klubla maraqlanıram, vaxt tapıb onların oyunlarının birində iştirak edəcəm. Bu mənim işimdi. Ancaq idarəçilik etmək fikrim yoxdu. "Kəpəz" deyil, fərqli komanda da olsa, heç vaxt idarəçiliyə meyl etməmişəm. İşim sırf peşəkar futbol və idman yönündədi. Digər məsələlərlə bağlı ona layiq və elə keyfiyyətə malik olan insanlar çalışmalıdı. Hamımız kompleks şəkildə futbolun inkişafı üçün əlimizdən gələni etməliyik. Hamımızn niyyəti müsbət olmalıdı. "Kəpəz" çempionata başlayır, uğurlu olsun. Gəncədə həmişə yaxşı futbolçular olub. İstər-istəməz milli komanda ilə bağlı olan insanlar kimi, bizə də Gəncədə yeni nəsilin necə yetişdiyi hansı potensiala malik olduğu maraqlıdı ki, görək onlardan hansı gələcəkdə yığmaya namizəd göstərilə və Azərbaycan futbolunun xeyrinə çalışa bilər".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR