Varane Zidanı necə ŞOKa salıb?

Varane Zidanı necə ŞOKa salıb?
"Real"ın müdafiəçisi Raul Varane ilə Zinəddin Zidanın tanışlığı 2011-ci ildə olub. Hələ o vaxt 18 yaşı olan Varane "Lans"da forma geyirmiş.
 
Sport7.az xəbər verir ki, həmin dönəmlərdə "Real"ın İdman Direktoru kimi fəaliyyət göstərən Zidan gənc futbolçunun transferi ilə bağlı danışmaq üçün onu arayıb. Amma aldığı cavabdan şoka düşüb.

Fransız futbolçu həmin anları "Real Madrid TV"yə verdiyi açıqlamasında anladıb. Müdafiəçi karyerası haqda sualları cavablayarkən maraqlı bir məqama toxunub: 

"Kimin danışdığını bilmirdim, belə bir zəng də gözləmirdim. Zəng vuran adam Zinəddin Zidan olduğunu söylədi. Onu səsindən tanıdım. Bəli, həqiqətən zəng vuran Zidan idi. O sözlərini tamamlayandan sonra bu mövzu haqda sonra danışmalı olduğumuzu bildirdim. Universitetdə imtahanlara hazırlaşdığım üçün həmin an uyğun zaman olmadığını deyib, telefonu söndürdüm. Sonra bu söhbətimizi dostlarıma danışdım "Zinəddin Zidan zəng vurub "Real"la anlaşmağımı istədi" dediyimə inanmadılar. Mənim nə etdiyimi öyrənəndə isə "Dəlisən?" deyib danladılar".

Sport7.az 

Xəbər lenti