Varan

Varan "El Klasiko"dan sonra zədələnmiş dizinin şəklini paylaşıb - FOTO

"Real"ın müdafiəçisi Rafael Varan İspaniya Kubokunun yarımfinalı çərçivəsində "Barselona" ilə oynanılan görüşdə (0:3) ayağından zədə alıb.

Oyunun 69-cu dəqiqəsində Usman Dembelenin cərimə meydançasına doğru ötürdüyü topun qarşısını kəsməyə çalışan Varan həm qola mane ola bilməyərək topu öz qapısından keçirib, həm də dizini zədələyib. Buna baxmayaraq, fransız futbolçu sona qədər meydanda qalıb.

Oyundan sonra Rafael Varan "Instagram" hesabında dizinin şəklini paylaşıb.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR