"Vaşinqton" Bredli Bilə 111 milyon dollar dəyərində yeni müqavilə təklif edib

"Vaşinqton" Bredli Bilə maksimal şərtlərlə əlavə 3 illik müqavilə təklif edib.

Bu barədə "The Athletic" məlumat yayıb. "Vaşinqton" Bilə toplam 111 milyon dollar ödəməyə hazırdı. 26 yaşlı basketbolçu təklifi qəbul edəcəyi təqdirdə, yeni saziş şərtləri 2021-22 mövsümündən etibarən qüvvəyə minəcək.

Bil qərarını verməyə tələsmir. O, ilk növbədə komandanın qısa və uzunmüddətli planları ilə tanış olmaq niyyətindədi. Həmçinin Bil supermaksimal müqavilə imzalaya bilmək üçün NBA-nın rəmzi yığmasına düşməyi planlaşdırır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR