Vavrinka Federerlə oyundan imtina etdi

Vavrinka Federerlə oyundan imtina etdi

Sten Vavrinka "Swiss Indoors Basel" turnirinin 1/4 finalı çərçivəsində Rocer Federerlə keçirəcəyi oyundan imtina edib.

İsveçrəli tennisçi qərarını kürəyindəki zədə ilə əlaqələndirib. İkinci mərhələdə Frensis Tiafu ilə oynanılan matçdan sonra Vavrinkanın ağrıları şiddətlənmişdi.

Beləliklə, Federer birbaşa yarımfinala yüksəlib. Onun növbəti mərhələdəki rəqibi Filipp Krainoviç olacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR