Velosipedçilərimiz beynəlxalq yarışlara start verdi

Velosipedçilərimiz beynəlxalq yarışlara start verdi

Şose velosipedi üzrə Elit/U23 yığma komandamız beynəlxalq yarışlar mövsümünə start verib – velosipedçilərimiz baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Türkiyədə keçirilən 1.2 kateqoriyalı Alanya Qran-Prisində mübarizə aparıblar.

Sport7.az xəbər verir ki, birgünlük yarışda Samir Cəbrayılov, Musa Mikayılzadə, Mahmud Məmmədov, Şahin Eyvazov, Nəcəf Bağırov və Əli Qurbanovdan ibarət heyətlə çıxış edən yığmamızın heyətində ən yüksək nəticəyə Musa Mikayılzadə imza atıb – o 148 km məsafəni qalibdən 1 dəqiqə, 4 saniyə geri qalmaqla 19-ci sırada tamamlayıb.

Velosipedçilərimiz bu gün 1.2 kateqoriyalı 160 km-lik Qazipaşa Qran-Prisində də çıxış edəcəklər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR