Velosipedçilərimizdən olimpiada üçün növbəti xallar

Velosipedçilərimizdən olimpiada üçün növbəti xallar

Malayziyada Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı Tour of Peninsular 2019 yarışına yekun vurulub.
 
Sport7.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən 5 günlük yarışda Azərbaycan yığması 58 xal qazanıb.
 
Olimpiadaya lisenziya xalları qazandıran yarışlar oktyabrın 22-də başa çatacaq və reytinqin ilk 50 pilləsində yer alacaq ölkələr 4 illiyin zirvə yarışında iştirak hüququ qazanacaqlar.
 
Malayziyaya yola düşməzdən əvvəl Olimpiya reytinqinin 44-cü pilləsində yer alan yığmamızın topladığı 58 xalla mövqeyini bir qədər də yaxşılaşdıracağı gözlənilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR