Venger:

Venger: "Növbəti həftə Rummeniqqe ilə yenidiən danışacağıq"

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger "beIN Sports"a açıqlamasında adının "Bavariya" ilə hallanmasına münasibət bildirib:

"İlk növbədə onu deyim ki, mənim agentim yoxdu. Ona görə də heç kim mənim əvəzimə danışmaq ixtiyarına sahib deyil. İkincisi, mən 40 ilə yaxındı ki, Bekkenbauer, Rummeniqqe və Hönessi tanıyıram. Bu klubun uğurlarının bünövrəsində səriştə, ləyaqət, təmkinlilik və anlaşıqlıq dayanır.

Çərşənbə günü Rummeniqqe mənə zəng edib. Həmin an telefona cavab verə bilməmişdim. Sonra onu yığdım, avtomobilində idi, "Olimpiakos"la oyuna gedirdi. Maksimum 4-5 dəqiqə danışa bildik. Rummeniqqe 2 oyunluq Flikin klubun başında olacağını dedi. Ardınca mənim komandanı çalışdırmaq istəyib-istəmədiyimi soruşdu. Çünki hazırda "Bavariya" məşqçi axtarışındadı. Heç bir fikrim olmadığını dedim və düşünmək üçün zaman istədim.

Növbəti həftə yenidən danışacağıq. Çünki bazar gününə kimi Dohada olacam. Həqiqət bundan ibarətdi.

"Bavariya"ya uğurlar arzu edirəm, çünki hazırda klub keçid periodundadı. Klubun "açar" ismi Höness ayrılır. Eynisi Rummeniqqeyə də aiddi. Hazırkı vəziyyətdə "Bavariya"nın gələcəyi ilə bağlı müəyyən suallar var.

Bir də "Bavariya"ya uğurlar arzulamaq istəyərdim. Mənim üçün situasiya danışdıqlarımdan ibarətdi".

Qeyd edək ki, son olaraq insayder Rafael Honiqştayn Vengerin adının "Bavariya"nın siyahısında olmadığına dair xəbər yaymışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR