"Vest Hem"dən növbəti transfer

İngiltərə Premyer Liqasının üzvü "Vest Hem” Cek Uilşirin ardından növbəti transferini gerçəkləşdirib.
 
Sport7.az xəbər verir ki, klub "Borussiya"nın (Dortmund) futbolçusu Andrey Yarmolenkonu heyətiqə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər 4 illik müqaviləyə imza atıblar. İngiltərə klubu bu transferə görə 25 milyon avrosundan keçib.

Ukrayna yığmasının da şərəfini qoruyan 28 yaşlı futbolçu "Borussiya”ya 2017-ci ildə Kiyev "Dinamo”sundan transfer olunmuşdu. O, Dortmund təmsilçisinin heyətində cəmi 18 oyun keçirib, 3 qola imza atıb.
 
Sport7.az

Xəbər lenti