Veteran cüdoçumuzdan 9-cu çempionluq

Veteran cüdoçumuzdan 9-cu çempionluq

Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatına start verilib.
 
Sport7.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Dünya çempionatında ölkəmizi təmsil edən veteran cüdoçu Fərhad Rəcəbli M-7 kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Fərhad Rəcəbli finalda Almaniya təmsilçisi Andreas Bartşı məğlub edərək mundialın ən güclüsü adına layiq görülüb.

Bu idmançımızın usta cüdoçular arasında qazandığı doqquzuncu çempionluqdur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR