Veteran futbolçunu fanatlar döydü

Veteran futbolçunu fanatlar döydü
Sankt-Peteburqda keçirilən "Zenit" - "Spartak" qarşılaşmasından sonra tanınmış rusiyalı hücumçu Aleksandr Panov döyülüb.

Sport7.az
xəbər verir ki, onu "Zenit"in fanatları "Spartak"a azarkeşlik etdiyi üçün döyüblər. "Zenit"in yetirməsi olan və Piter klubundakı çıxışıyla məşhurlaşan Panov "Spartak"a azarkeşlik etdiyini gizlətmir. Bu isə "Zenit" düşərgəsində narazılqla qarşılanır.

Xatırladaq ki, Parisin "Stad de Frans" stadionunda Fransa yığmasının qapısın iki qol vurmaqla məşhurlaşan hücumçu heç vaxt "Spartak"ın formasını geyməyib.

Sport7.az

Xəbər lenti