"Vəziyyət çox pisdir" - Ayxan Abbasov

"Bu gün acınacaqlı durumdayıq. Bəziləri meydana xəstə, qızdırmalı vəziyyətdə çıxdı. Test veririk, neqativ çıxır. Amma futbolçuda qızdırma olur. Belə getsə, gələn turdan dayanacağıq. Oyunçu qıtlığı çəkirik".

Sport7.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib. 39 yaşlı mütəxəssis çempionatın davam etdirilməsinin tərəfdarı olduğunu, amma koronavirusla bağlı vəziyyəti anlaya bilmədiyini söyləyib: "Hazırda futbolçuların 70 faizində koronavirus var. Vəziyyət çox pisdir. Qarşıdakı tur "Zirə" ilə oyuna nə vəziyyətdə çıxacağımızı bilmirik. PFL deyir ki, heyətdə 7 futbolçuda koronavirus olmalıdır ki, oyun təxirə salınsın. Neyləyək, 7 futbolçunu haradan tapaq? 11 futbolçunu necə olsa, tapıb meydana çıxmalıyıq. Həftə ərzində bir cür hazırlaşırsan, amma sonra görürsən ki, futbolçuların səhhətində problemlər var. Bu gün məcbur olub 4 cür heyət qurmuşam". (Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR