Villian rəsmən Premyer Liqa klubunda

Villian rəsmən Premyer Liqa klubunda

"Arsenal" heyətinə yeni futbolçu cəlb edib. 

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. London təmsilçisi "Çelsi"dən ayrılan braziliyalı yarımmüdafiəçi Villianla 3 illik müqavilə imzalayıb. 

2013-cü ildən "Çelsi"də çıxış edən Villian daha əvvəl Rusiyada "Anji", Ukraynada "Şaxtyor" və ölkəsində "Korintians" klublarının formasını geyinib. Ötən mövsüm 36 oyunda meydana çıxan 32 yaşlı oyunçu 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR