Vimbldon: Nadal 1/4 finalda

Vimbldon: Nadal 1/4 finalda

"Vimbldon"da kişilərin mübarizəsində 1/8 final mərhələsi davam edir.

ATP sıralamasında ikinci sırada qərarlaşan Rafael Nadal Juan Souza ilə qarşılaşıb. Gözlənildiyi kimi, görüş ispan raketka ustasının üstünlüyü şəraitində keçib. Rəqibinə ümumilikdə 6 qeym verən Rafa 1 saat 46 dəqiqəlik mübarizə sonunda 3:0 hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəlib.


Vimbldon ("Böyük dəbilqə")

London, Böyük Britaniya

Kişilər

1/8 final

Rafael Nadal (İspaniya) - Juan Souza (Portuqaliya) - 3:0 (6:2, 6:2, 6:2)


Nadalın 1/4 finaldakı rəqibi Kuerri - Sandqren matçının qalibi olacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR