"Vimbldon"da qadınların mübarizəsində 1/4 final mərhələsinə start verilib.
Simona Halep Çjan Şuayla qarşılaşıb. Rumın raketka ustası 1 saat 29 dəqiqəlik mübarizənin sonunda rəqibini set vermədən məğlub edib.
Serena Vilyams və Elison Risk üz-üzə gəlib. Serena çətinliklə üzləşməsinə baxmayaraq, üç set sonunda qələbəni bayram edən tərəf olub.
Vimbldon ("Böyük dəbilqə")
London, Böyük Britaniya
Qadınlar
1/4 final
Simona Halep (Rumıniya) - Çjan Şuay (Çin) - 2:0 (7:6, 6:1)
Serena Vilyams (ABŞ) - Elison Risk (ABŞ) - 2:1 (6:4, 4:6, 6:3)
Serena Vilyams yarımfinalda Strıçova - Konta, Simona Halep isə Svitolina - Mıçova matçının qalibi ilə qarşılaşacaq.
Sport7.az