Vimbldon: Serena Vilyams və Endi Mörrey komanda yoldaşı olacaq

Vimbldon: Serena Vilyams və Endi Mörrey komanda yoldaşı olacaq

ATP və WTA reytinqinin sabiq bir nömrələri Endi Mörrey və Serena Vilyams birlikdə "Vimbldon"un mikst yarışlarında iştirak edəcəklər.

Əməliyyatdan sonra kortlara qayıdan Mörrey partnyor tapmaqda çətinlik çəkdiyini bildirmişdi. "Vimbldon" ərəfəsində dizindəki zədəsini sağaltdığını açıqlayan Serena isə britaniyalı raketka ustasının komanda yoldaşı olmağa razılıq verib. Artıq onların mikst yarışlarında iştirak edəcəyi dəqiqləşib.

Qeyd edək ki, "Vimbldon"da mikstin püşkatma mərasimi bu gün keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR