"Vimbldon"da çempion - Novak Cokoviç

Tennisdə mövsümün üçüncü "Böyük dəbilqə" seriyalı turniri olan "Vimbldon"a yekun vurulub.

Son olaraq kişilərin mübarizəsində qalib müəyyənləşib. Final görüşündə Novak Cokoviç və Rocer Federer üz-üzə gəlib. İlk seti serb raketka ustası tay-breykdə aktivinə yazdırıb. İkinci setdə rəqibinə bir qeym verən Federer matça tarazlıq gətirib. Ardınca Nole yenidən tay-breykdə sevinərək üstünlüyü ələ alıb. Buna baxmayaraq, isveçrəli tennisçi dördüncü setdə qələbə qazanaraq növbəti dəfə ümumi hesabı bərabərləşdirib. Nəticədə beşinci setə ehtiyac yaranıb.
 
Beşinci setin gedişində 12:12-lik bərabərlik yarandığından, ilk dəfə yeni tay-breyk sistemindən istifadə olunub. 7:3 üstün olan Cokoviç setdən 13:12, matçdan isə 3:2 hesabı ilə qalib ayrılaraq 5-ci dəfə "Vimbldon" tituluna sahib çıxıb. 4 saat 57 dəqiqə davam edən görüş "Vimbldon" tarixinin ən uzun final matçı kimi tarixə düşüb.


Vimbldon ("Böyük dəbilqə")

London, Böyük Britaniya

Kişilər

Final

Novak Cokoviç (Serbiya) - Rocer Federer (İsveçrə) - 3:2 (7:6, 1:6, 7:6, 4:6, 13:12)


Qeyd edək ki, bu, Novak Cokoviçin 16-cı "Böyük dəbilqə" tituludu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR