Virusa yoluxmuş

Virusa yoluxmuş "Qalatasaray"ın vitse-prezidentindən mesaj: "Yaxşıyam"

"Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak və onun həyat yoldaşı Şükran Albayrakda koronavirus aşkarlandığını yazmışdıq.

Sport7.az xəbər verir ki, Albayrak ailəsinin üzvlərinin koronavirus testinin müsbət çıxmışdı.
 
Futbol funksioneri mətbuat vasitəsilə karantində olduğu xəstəxanadan sevənlərinə "Hər şey inşallah daha yaxşı olacaq. Çox şükür yaxşıyam, özümü yaxşı hiss edirəm. Əlaqə saxlayan və mesaj yazanlara təşəkkür edirəm. Onların duasını almaq bizləri gücləndirir. Hər kəsə salam" mesajını verib. 
 
Yeşilköydəki özəl xəstəxanada nəzarət altında saxlanılan Albayrak, otağında pəncərəyə yaxınlaşaraq yaxşı olduğunu əllərini yellətməklə mətbuat nümayəndələrinə anladıb.
 
Albayrak ötən həftə koronavirus şübhəsi ilə xəstəxnaya yerləşdirilimişdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR