Vitse-prezident:

Vitse-prezident: "Miladın zərbəsi onun kaskasını belə başından çıxardı"

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov idmançılarımızın Mançesterdə keçmirilən dünya çempionatındakı çıxışı ilə bağlı danışıb.
 
Sport7.az xəbər verir ki, səfərov bunları söyləyib: "Milad xoş bir ənənənin təməlini qoydu. Artıq taekvondoda ikiqat dünya çempionumuz var. Milad çempion olduqda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və digər rəsmilər də zaldaydılar. Hamısının himnimizi dinləməsi böyük şərəf verdi. Şərhçi finalın ikinci raundunda belə qeyd edib ki, artıq hər şey hazırdır. Hətta həmin vaxt rəqib hesabı bərabərləşdirdikdən sonra Miladın zərbəsi onun kaskasını belə başından çıxardı".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR