Vladimir Kliçko dünya çempionu titulunu qoruyub

Vladimir Kliçko dünya çempionu titulunu qoruyub

Super ağır çəki dərəcəsində dünya çempionu, Kiyevin hazırkı meri Vitali Kliçkonun qardaşı Vladimir Kliçko bolqar Kubrat Pulevi məğlub edərək 4 versiya üzrə dünya çempionu titulunu qoruyub.

Sport7.Az xəbər verir ki, tərəflər arasında döyüş Hamburqda 16 min tamaşaçının gözü qarşısında baş tutub. Beş raund ərzində Kliçko Pulevi 3 dəfə nokdaun vəziyyətinə salaraq sonda nokautla qalib gəlib. 


Bununla da, 38 yaşlı Vladimir karyerası ərzində keçirdiyi 66-cı görüşdə 63-cü qələbəsini qazanıb. Kubrat Pulev isə Almaniyada ilk məğlubiyyətini yaşayıb.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR