Voleybolçularımız Braziliyada ağac əkdi (FOTOLAR)

Voleybolçularımız Braziliyada ağac əkdi (FOTOLAR)

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində iştirak edəcək voleybol üzrə qadınlardan ibarət milli komandamız Braziliyanın Uberlandiya şəhərində yerləşən Sabiazinho Arenasında ilk məşqini keçib.
 
Sport7.az xəbər verir ki, D qrpunda mübarizə aparan millimiz Təsnifat Turnirinin keçiriləcəyi şəhərə dünən gəlib.

Komanda dünən oyun öncəsi məşqdən əvvəl "Millətlər Birliyi” adı ilə təşkil olunan ağacəkmə mərasimində iştirak edib. Braziliyada keçirilən Təsnifat turnirinin təşkilat komitəsinin və Uberlandiya şəhərinin Merinin təşkil etdiyi mərasim Sabiazinho Arenasının qarşısında baş tutub. Ağacəkmə mərasimində D qrupunun iştirakçıları, Azərbaycan, Dominikan Respublikası, Kamerun milli komandaları bütün heyətlə iştirak edib. İştirakçılar arenanın qarşısında ağacəkiblər.
 
Millimiz Olimpiya Təsnifat Turnirində ilk görüşünü avqutun 1-də saat 23:45 Dominikan Respublikasına qarşı keçirəcək.
 
D qrupu
 
1 avqust
 
21:15. Braziliya – Kamerun
23:45. Dominikan Respublikası – Azərbaycan
 
2 avqust
 
21:15. Braziliya – Azərbaycan
23:45. Kamerun – Dominikan Respublikası
 
3 avqust
 
17:00. Braziliya – Dominikan Respublikası
19:30. Azərbaycan – Kamerun
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR