Voleybol Federasiyasına yeni rəhbər təyin olundu

Voleybol Federasiyasına yeni rəhbər təyin olundu

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Elşən İsmayılov vəzifəsindən azad edilib. 

Sport7.az xəbər verir ki, federasiya prezidenti Cavid Qurbanovun və qurumun Rəyasət Heyətinin qərarı ilə bu vəzifəyə Cəlil Cəfərov təyin olunub.

Qeyd edək ki, C.Cəfərov "Rabitə" və "Telekom" klublarının prezidenti olub. O, "Rabitə” komandası ilə 8 dəfə Azərbaycan çempionu olmaqla yanaşı, bu kluba Çempionlar Liqasının, CEV kubokunun həmçinin klublararası dünya çempionatının qızıl və gümüş medallarını qazandırıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR