Volkan Demirel stadiondan qaçdı (VİDEO)

Volkan Demirel stadiondan qaçdı (VİDEO)

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Türkiyə - Qazaxıstan qarşılaşması ərəfəsində qeyri-adi hadisə yaşanıb. Sport7.az xəbər verir ki, Türkiyə millisinin və "Fənərbaxça"nın qapıçısı Volkan Dəmirəl oyun başlamadan stadionu tərk edib. 

Buna səbəb isə "Qalatasaray"ın ev oyunlarının keçirdiyi "Türk Telekom Arena"da bir qrup azarkeşin qapıçını fitə basması və təhqiramiz şüarlar səsləndirməsi olub. 

Volkan Dəmirəl meydançanı tərk edərək soyunma otağına, oradan isə evə gedib. Bu hadisədən sonra baş mışqçi Fatih Terim heyətdə dəyişiklik etməli olub və Volkan Dəmirəlin yerinə meydana Volkan Babacanı çıxarıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR