Volkan "Fənərbaxça"dan gedəsi olmadı

Volkan
"Beşiktaş"la Kubok oyununda qırmızı vərəqə alaraq baş məşqçi Aykut Kocamanı əsəbləşdirən "Fərənbaxça"nın qapıçısı Volkan Dəmirəl "Malatya" ilı oyunda meydana çıxıb.
 
Sport7.az xəbər verir ki, təcrübəli qapıçı bu görüşdə möhtəşəm performansı ilə adından bəhs etdirib.
 
İstanbul klubu Volkanın əzmkarlığı sayəsində "Malatya" ilə matçda 5-ci dəfədir ki, qapısında qol görməyib.

Baş məşqçi Aykut Kocaman mövsümün əvvəlində komandadan gedənlərin siyahısını hazırlayanda Volkan da həmin sırada idi. Sonra Volkan Aykut Kocamana komanda da qalmaq istədiyini bildirib. Məşqçi də prezident Əziz İldırımla danışaraq, təcrübəli qapıçının heyətdə qalmasını təmin edib.
 
Qeyd edək ki, Volkanın "Fənərbaxça"dan gedəcəyi təqdirdə, yerinə "Bursaspor"dan Harun transfer olunacağı haqda iddialar yayılmışdı. 
 
Sport7.az

Xəbər lenti