Volkana telefon atan azarkeşə ŞOK cəza

Volkana telefon atan azarkeşə ŞOK cəza
Aprelin 23-də oynanılan "Qalatasaray" - "Fənərbaxça" qarşılaşması zamanı qapıçı Volkan Dəmirələ telefon atan azarkeşin məhkəməsi keçirilib.

Sport7.az xəbər verir ki, kamera görüntüləri əsasında şəxsiyyəti müəyyənləşdirilən  "Qalatasaray" fanatına 5,5 il həbs cəzası tələb edilib. Adı açıqlanmayan azarkeş əməlindən peşman olduğunu, ani olaraq hissə qapıldığı üçün telefonunu Volkana tulladığını bildirib.

Onun cəzası yaxın günlərdə açıqlanacaq.

Xatırladaq ki, telefon Volkanın sol ayağına tuş gəlmişdi və bu səbəbdən oyunda fasilə yaranmışdı.

Sport7.az

Xəbər lenti