Vondrouşova

Vondrouşova "US Open"də iştirakdan imtina etdi

"Rolan Qarros"un finalçısı Marketa Vondrouşova "US Open"ə qatılmayacaq.

Vondrouşova sol biləyindəki zədə səbəbindən turnirdə iştirak etməyəcəyini açıqlayıb:

"Vimbldon"dan sonra istirahət etdim və bərpa prosesini tamamladım. Oynamağıma icazə veriləndə sevinirdim. Ancaq Nyu-Yorkdakı ikinci məşqim zamanı zədə geri qayıtdı. Bu səbəbdən "US Open"ə qatıla bilməyəcəm".

Çex tennisçinin imtina qərarının ardından "US Open"də dörd laki-luzerin iştirak edəcəyi dəqiqləşib. İlk mərhələdə Paula Badosa Kiki Bertenslə, Nikol Qibbs Simona Haleplə, Pristsilla Hon Marqarita Qasparyanla, Varvara Lepçenko isə Şuay Penlə qarşılaşacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR