“Vorskla” – “Qarabağ”: Oyuna hakim təyinatı

“Vorskla” – “Qarabağ”: Oyuna hakim təyinatı
Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək "Vorskla” – "Qarabağ” görüşünün hakimləri müəyyənləşib. 

Sport7.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 
 
Görüş isveçrəli hakimlər briqadasına həvalə olunub.
 
Matçın referisi Sandro Şarerə Stefan De Almeyda və Bekim Zoqay köməklik edəcək. Raffael Zeder dördüncü hakim funksiyasını yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Alain Bieri və Lukas Fandrix olacaq.

Qeyd edək ki, noyabrın 8-də Poltovoda keçiriləcək "Vorskla” – "Qarabağ” qarşılaşması Bakı vaxtı ilə 00:00-da start götürəcək.
 
Sport7.az

Xəbər lenti