“Vorskla”nın baş məşqçisi: "Qarabağ” çox güclü komandadı"

“Vorskla”nın baş məşqçisi:
"Bizim üçün sabah çox ciddi oyun olacaq. Bu görüşü çoxdan gözləyirdik”.
 
Sport7.az xəbər verir ki, bunu "Vorskla”nın baş məşqçisi Vasili Saçko deyib.
 
Ukrayna təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah Azərbaycan çempionu "Qarabağ”ı qəbul edəcək.

Oyunöncəsi mətbuat konfransında 43 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- İlk görüşdəki mübarizəni nəzərə alsaq, sabah yenə müdafiə futbolu oynayacaqsız, yoxsa fərqli "Vorskla” görəcəyik?
- Bizim özümüzə görə taktikamız var. Necə lazımdısa, o cür də çıxış edəcəyik. "Qarabağ” çox güclü komandadı. Amma 12-ci oyunçumuz olan azarkeşlərin də dəstəyi ilə qələbə qazanmağa çalışacağıq.

- Bukmeker kontoruna nəzər yetirsək, hər kəs "Vorskla”dan qələbə gözləyir...
- Bukmeker kontorunda nə yazılması məni maraqlandırmır. "Qarabağ” güclü komandadı. Biz də meydana qələbə üçün çıxacağıq.

- Bakıda meydana çıxmayan futbolçulardan hansınısa sabah start heyətində görə bilərikmi?
- Zədəsi olmayan futbolçular komanda ilə hazırlaşırlar. Hamısına güvənirəm, kimin iştirak edəcəyinə isə sabah aydınlıq gətirəcəyik.

- Azərbaycana qələbə dalınca getdiyinizi bildirmişdiniz. Hədəfiniz yenə eynidi?
- Birinci il deyil ki, işləyirəm. Karyeramın çox da yaxşı olduğunu deyə bilmərəm, hər zaman işlər istədiyin kimi olmur. Sabahkı oyunla bağlı böyük söz demək istəmirəm. Ancaq pis əsgər odu ki, general olmaq istəmir. Müsbət nəticə üçün çıxış edəcəyik. İlk növbədə evdə, doğma azarkeşlər önündə oynayacağıq. Rəqibin baş məşqçisi də öz millisinə rəhbərlik edir. Güclü və ağıllı insandı. Futbolda hər şey mümkündü. Rəqib öz evindəki oyunda daha çox qol imkanları yaratmışdı. Bir qədər şansımızın gətirdiyini deyə bilərəm. Sabah isə uğurlu nəticə üçün hər şeyi edəcəyik.

- Böyük hədəfinizin olmadığını bildirmisiniz. Konkret məqsədiniz nədi?
- Avropa Liqasının qrupundan çıxmağı qarşımıza məqsəd qoyduğumuzu demirəm.  Sabahkı matçdan sonra hər şey öz yerini tutacaq.
 
- Vaxtilə "Dnepr” "Qarabağ”ın qrupundan çıxaraq, Avropa Liqasının finalına qədər irəliləmişdi...
- Bəli, həmin oyunları xatırlayıram. "Dnepr” Bakıda qələbə qazanıb, evində uduzmuşdu. Bu gün çempionatımızda "Metallist”, "Dnepr” kimi komandalar çatmır. "Qarabağ”ın oyununu çoxdandı araşdırıram. Azərbaycanda futbol uzun müddətdi inkişafdadı və avrokuboklarda da uğurlu çıxış edirlər. 
 
Sport7.az

Xəbər lenti