"Vorskla"nın futbolçusu "Qarabağ"la oyunları buraxacaq - Əməliyyata görə

"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan Ukraynanın "Vorskla” klubu ciddi itkiylə üzləşib.

Sport7.az xəbər verir ki, komandanın əsas futbolçusu Aleksandr Kobaxidze çiynindən əməliyyat olunub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onun 2 ay yaşıl meydanlardan kənar qalacağı bildirilir. Beləliklə, Kobaxidze "Vorskla”nın "Qarabağ”a qarşı keçirəcəyi hər iki görüşü buraxacaq.

Qeyd edək ki, "Qarabağ" və "Vorskla" arasındakı ilk oyun oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, cavab görüşü noyabrın 8-də Poltavada olacaq.
 
Sport7.az

Xəbər lenti