Voynarovski: Tompsonun dizinin çarpaz bağlarında yırtıq aşkarlanıb

Voynarovski: Tompsonun dizinin çarpaz bağlarında yırtıq aşkarlanıb

"Qolden Steyt"in qardı Kley Tompson "Toronto" ilə oynanılan final seriyasının 6-cı matçında zədələnərək meydanı tərk etmək məcburiyyətində qalmışdı.

Tompsonun sol dizinin çarpaz bağlarında yırtıq aşkarlanıb. Bu barədə ESPN-in insayderi Edrian Voynarovski məlumat yayıb.

Qeyd edək ki, seriyanın 5-ci oyununda "Qolden Steyt"in digər basketbolçusu Kevin Dyurent axilles vətərindən zədələnərək oyunu yarımçıq dayandırmışdı. KD artıq əməliyyat olunub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR