Voznyaki, Petkoviç, Mattek-Sends və Kinq Harvardda biznes təhsili alacaqlar (FOTO)

Voznyaki, Petkoviç, Mattek-Sends və Kinq Harvardda biznes təhsili alacaqlar (FOTO)

Karolin Voznyaki, Andrea Petkoviç, Betani Mattek-Sends və Vanya Kinq Harvard biznes məktəbində "Biznesə giriş" kurslarında iştirak edəcəkər.

Bir semestrlik periodu əhatə edəcək proqram çərçivəsində professional idmançılar tələbələr və universitet əməkdaşları ilə birlikdə layihə üzərində çalışırlar. Kursun məqsədi atletləri idmandan sonrakı həyata hazırlaşdırmaqdı.

Kursun rəhbərlərindən biri - idman biznesi üzrə ixtisaslaşmış və Mariya Şarapova haqqındakı keys-stadinin müəllifi Anita Elbersdi. Şarapova özü 2016-cı ildə, dopinqlə bağlı diskvalifikasiya müddətində Harvard biznes məktəbində kurs keçib.
 



Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR