Vüqar Nadirov:

Vüqar Nadirov: "Bir xal qazanmaq vacib idi"

"Bu görüşdə bir xal qazanmaq vacib idi. Oyun çox çətin keçdi". 
 
Sport7/Az-ın məlumatına görə, bunu "Qarabağ" klubunun hücumçusu Vüqar Nadirov Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə 1:1 bərabərə qaldıqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 
 
Təcrübəli futbolçu "Qarabağ"a bir xal qazandıran qolu vurduğu üçün çox sevindiyini bildirib: "Səfərdə qazanılan xal komanda üçün önəmli idi. Qol vurduğum üçün çox şadam. "İnter" - "Dnepr" matçının nəticəsini bilirdik. Növbəti mərhələyə yüksəlmək şansımız son oyuna qalıb".


Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR