Vüqar Nadirov kursda (FOTOLAR)

Vüqar Nadirov kursda (FOTOLAR)

"Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində növbəti C kateqoriyalı məşqçi kursuna start verilib.

Sport7.az AFFA-nın saytına istinadən xəbər verir ki, İlham Əzizzadə və Vüqar Əsgərlinin rəhbərliyi ilə keçirilən kurslarda milli komandamız və "Qarabağ"ın sabiq hücumçusu Vüqar Nadirov da iştirak edib.

Kursun birinci mərhələsinə dekabrın 6-da yekun vurulacaq. İkinci mərhələ dekabrın 9-dan 12-dək, yekun mərhələ isə dekabrın 16-dan 20-dək keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR