Vyeri 46 yaşında ata oldu

Vyeri 46 yaşında ata oldu

İtaliya "İnter"inin unudulaz futbolçularından olan Kristian Vyeri ata olub.
 
Sport7.az xəbər verir ki, karyerasını bitirdikdən sonra ABŞ-ın ən məşhur şəhərlərindən olan Mayamiyə köçən və televiziya ulduzu Kostana Karassiolo ilə birlikdə olan Vyeri 46 yaşında uşağını qucağına alıb.
 
Bu Vyerinin özündən 16 yaş kiçik olan sevgilisi ilə ilk övladıdı. Veteran futbolçu qızına Stella adını verib. 
 
O buna qədər model Melissa Satta ilə birlikdə olub. Satta hazırda "Beşiktaş"ın qanalı oyunçusu Kevin Priens Boatenqin sevgilisidi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR