"World Masters": Azərbaycan cüdoçusu finalda

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Qətərin paytaxtı Dohada keçirilən "World Masters” turnirində finala yüksəlib.
 
Sport7.azxəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançı ilk3 görüşündə Ramazan Dərviş (Misir), Quham Ço (Cənubi Koreya) və Şadi Elnahası (Kanada) məğlub edib.
 
Yarımfinalda isə Kotsoyev Simeon Katharinanı (Niderland) qızıl xalla üstələməyi bacarıb.
 
Eyni çəkidəki Elmar Qasımov Rafael Buzakariniyə (Braziliya) qalib gəlsə də, Peter Paltçikin (İsrail) müqavimətini qıra bilməyib.
 
Qadınların yarışında 78 kq-dan yuxarı çəki dərəcəsində İrina Kindzerska yarışa 1/8 finaldan qoşulub və Jasmin Qrabovski (Almaniya) ilə Hayun Kimdən (Cənubi Koreya) güclü olub. O, yarımfinalda kamerunlu Hortens Vanessa Mballa Atanqana ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, yanvarın 11-də Azərbaycanın 4 cüdoçusu mübarizə aparsa da, heç biri medal qazana bilməyib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR