WTA final turniri: Barti yarımfinalda, Kvitova mübarizəni dayandırdı

WTA final turniri: Barti yarımfinalda, Kvitova mübarizəni dayandırdı

Çinin Şençjen şəhərində keçirilən WTA final turnirində mübarizə davam edir.

Qırmızı qrupda 3-cü turun oyunlarına start verilib. Eşli Barti və Petra Kvitova üz-üzə gəlib. Oyun ərzində 3 dəfə breyk edən və öz servis oyunlarının hamısından xal çıxaran avstraliyalı tennisçi çətinlik çəkmədən qələbə qazanıb. Beləliklə, Barti yarımfinala vəsiqəni təmin edib. Turnirdə keçirdiyi hər 3 oyundan məğlub ayrılan Kvitova mübarizəni dayandırıb.


Shiseido WTA final turniri

Şençjen, Çin

Qırmızı qrup

3-cü tur

Eşli Barti (Avstraliya) - Petra Kvitova (Çexiya) - 2:0 (6:4, 6:2)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR