WTA final turniri: Kvitova ikinci görüşündən də məğlub ayrıldı

WTA final turniri: Kvitova ikinci görüşündən də məğlub ayrıldı

Çinin Şençjen şəhərində keçirilən WTA final turnirində mübarizə davam edir.

Qırmızı qrupda ikinci tura yekun vurulub. Günün son matçında Petra Kvitova və Belinda Bençiç üz-üzə gəlib. 2 saata yaxın davam edən oyun isveçrəli raketka ustasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Son tur ərəfəsində bütün tennisçilərin mərhələ adlamaq şansı qalır.


Shiseido WTA final turniri

Şençjen, Çin

Qırmızı qrup

Belinda Bençiç (İsveçrə) - Petra Kvitova (Çexiya) - 2:1 (6:3, 1:6, 6:4)

Turnir cədvəli: Barti (1-1), Bençiç (1-1), Bertens (1-0), Kvitova (0-2), Osaka (1-0).


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR