WTA final turniri: Svitolina finalda

WTA final turniri: Svitolina finalda

WTA final turnirində yarımfinal mərhələsinə start verilib.

Günün ilk oyununda Elina Svitolina və Belinda Bençiç üz-üzə gəlib. İlk setdən məğlub ayrılan ukraynalı raketka ustası geridönüş edə bilib. İkinci seti aktivinə yazdıran Svitolina üçüncü setdə 4:1 hesabı ilə irəlidə olarkən Bençiç oyundan imtina etmək qərarına gəlib. Beləliklə, turnirin ilk finalçısı müəyyənləşib.


Shiseido WTA final turniri

Şençjen, Çin

Yarımfinal

Elina Svitolina (Ukrayna) - Belinda Bençiç (İsveçrə) - 1:1 (5:7, 6:3, 4:1 - Bençiç oyundan imtina edib)


Svitolinanın finaldakı rəqibi hazırda davam edən Eşli Barti - Karolina Plişkova matçının qalibi olacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR